AZ   |   RU

Gürcüstan-Azərbaycan sərhədindəki gömrük məntəqələri xüsusi iş rejiminə keçirilib


Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla sərhəddəki gömrük məntəqələri nəqliyyat axınlarının kəskin artımı səbəbindən xüsusi iş rejiminə keçirilib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd olunub ki, gömrük nəzarəti prosedurlarının fasiləsiz həyata keçirilməsi üçün məntəqələrdə gömrükçülərin sayı artırılıb.
Xidmətdən vurğulanıb ki, strateji məsələlər üzrə həllərin axtarışı üçün Azərbaycan, Türkiyə və Ermənistanın gömrük orqanları ilə daimi əlaqə saxlanılır.


Baxış sayı: 41
  • 19-05-2022, 18:09