AZ   |   RU
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Bakıda mənzildə ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Missiya.Az
report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Deyilib ki, FHN-in Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb:

"Hazırda istintaq davam etdirilir. Müvafiq ekspertiza təyin edilib".

Xatırladaq ki, hadisə mayın 17-i saat 22 radələrində paytaxtın Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında olub.

Yanğın nəticəsində 7 nəfər xilas edilib, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.


  • 19-05-2022, 15:44