AZ   |   RU
İrəvan müəllimlər seminariyasınən 140 illiyi ilə bağlı konfrans keçirildi - FOTO

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında sərəncamına əsasən BŞTİ-nin 08.02.2022-ci il tarixli F-53 nömrəli əmri ilə təsdiq edilmiş "İrəvan Müəllimlər Seminariyasının 140 illiyi"nin qeyd edilməsi haqqında tədbirlər planının icrası ilə əlaqədar 11 may tarixində 170 saylı məktəbdə "İrəvan Müəllimlər Seminariyası pedaqoji fikir salnaməmizdə" adlı elmi-praktik konfrans keçirilmişdir.

Missiya.Az
xəbər verir ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev iştirak etmişlər.

Öncə məktəbin direktoru Ülviyyə Aslanova, məktəbin tarix müəllimi Niyaməddin Quliyev və qonaqlar məktəbin İkinci Qarabağ Müharibəsinin şəhid məzunları Alıyev Qələndər və Mehdiyev Talehin xatirəsini bir dəqiqəlik sükutla yad edərək şəkilləri önünə qərənfillər qoymuşlar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmış, daha sonra qonaqlar İrəvan Müəllimlər Seminariyasının yaranma tarixi və fəaliyyətindən ətraflı məlumat verərək şagirdlərin suallarını cavablandırmışlar. Məktəbin şagirdləri Məmmədova Səma, İsayeva Günel, Vəlizadə Əli, Əsgərova Səbinə Seminariya mövzusunda məruzələrlə çıxış etmişlər. Aslanova Şəhrinin ifasında "Cənnətim Qarabağ", Quliyeva Nurayın ifasında "Şuşanın dağları" mahnıları tədbirə xüsusi rəng qatmışdırdı. Konfransın sonunda xatirə şəkilləri çəkilmişdir.


  • 13-05-2022, 13:10