AZ   |   RU
Şarl Mişel Odessada


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Odessa şəhərinə səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş naziri Denis Şmiqal tviter hesabında paylaşıb
.
“Aİ Şurasının Prezidenti ilə Odessa limanını ziyarət etdik. Limanların blokdan çıxarılması və kənd təsərrüfatı məhsullarının ixracının bərpası yolları müzakirə olundu. Rusiyanın dünyada ərzaq böhranı yaratmaq niyyətinə baxmayaraq, aclığın qarşısını almaq üçün hər şeyi birlikdə etməliyik”, - Şmiqal qeyd edib.

Şarl Mişel də səfəri barədə paylaşım edib:

"Puşkinin “Sən Avropanı hiss edə bilərsən” dediyi Odessada Avropa Gününü qeyd etməyə gəlmişəm.
Bu gün Ukrayna xalqının öz abidələrini güllə və raketlərdən qoruduğu və Rusiya təcavüzündən azad olduğu yer.
Sən tək deyilsən. Aİ sizinlədir".


  • 9-05-2022, 18:08