AZ   |   RU
ABŞ və Avropadan Ukraynaya göndərilən silahlar məhv edildi - Rusiya MN


Ukraynanın Xarkov vilayətindəki Boqoduhov qatar stansiyası yaxınlığında ABŞ və Avropa ölkələrindən Ukraynaya göndərilən külli miqdarda silah məhv edilib.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.
Konaşenkov havadan atılan yüksək dəqiqlikli raketlərlə Donetskdə Bahmut qəsəbəsi yaxınlığında hərbi hissələrin və texniki vasitələrin toplandığı 5 ərazinin və sursat anbarının vurulduğunu bildirib.
Rusiya hava döyüş taktiki bölmələrinin gecə saatlarında Ukraynanın 18 hərbi obyektini vurduğunu bildirən Konaşenkov, Xarkov vilayətində 2 komanda mərkəzinin, Odessa vilayətində isə 3 sursat və yanacaq anbarının məhv edildiyini deyib.
“ABŞ və Avropa ölkələrindən göndərilmiş külli miqdarda hərbi-texniki silah Xarkov vilayətindəki Boqoduxov vağzalının yaxınlığında məhv edilib”, - deyə Konaşenkov əlavə edib.

  • 7-05-2022, 18:49