ADA Universitetində Azərbaycan və BMT arasında əməkdaşlığın 30-cu ildönümü münasibətilə konfrans keçirilib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, konfransda xarici ölkələrin Azərbaycandakı səfirləri, Azərbaycan XİN-in rəsmiləri iştirak edib.
Azərbaycanın BMT-dəki ilk səfiri Həsən Həsənov çıxışında Azərbaycanın BMT-yə qəbulu, Qarabağ münaqişəsi ilə bağlı BMT çərçivəsində gedən müzakirələr, üəbul olunan sənədlər və qətnamələr barədə məlumat verib.
1990-cı illərin əvvələrində regionda yaranmış böhran barədə danışan diplomat deyib ki, həmin illərdə Sovet İttifaqının Azərbaycana qanla gəlib, qanla da gedəcəyi barədə fikir var idi.
“1980-ci illərin sonlarında baş verənlər siqnal da bu quruluşun qanla da gedəcəyini göstəridi və nəticədə 1990-cı ildə Qanlı Yanvar hadisələri törədildi", - o deyib.
BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Konako Mabuçi deyib ki, son 30 ildə Azərbaycan iqtisadi inkişaf və insan kapitalı baxımından böyük irəliləyiş əldə edib.
"Bu gün Azərbaycan regionun aparıcı aktoruna çevirilib və qlobal səylərə öz töhvələrini verir. Azərbaycan BMT Nizamnaməsinin prinsiplərinə hörmət edən, beynəlxalq təşkilatın kollektiv səylərinə dəstək verən tərəfdaşdır. Azərbaycan pandemiya dövründə də qlobal həmrəyliyə sadiq qalıb, pandemiya ilə mübarizədə öz töhvəsini verib. Qoşulmama Hərəkatı Təşkilatına sədrlik edən Azərbaycanın təşəbbüsü ilə BMT-də COVID-19-la bağlı müzakirələr keçirilib.
Azərbaycan və BMT arasında 30 ilik münasibətlər yardım əsasalı əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə keçib. Tərəfdaşlığımız Azərbaycanın 2021-2025 dayanıqlı inkişaf istiqamətdindəki hədəfləri ilə daha da güclənib. Biz Azərbaycanın inkişafına, regionun sabitlik və dayanıqlı inkişafına dəsətk verməklə bağlı öhdəliyimizə sadiqik. Post-pandemiya dövründə Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı səbirsizliklə gözləyirik".
BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edib. O Azərbaycanın BMT-dəki fəaliyyəti barədə danışıb. O bildirib ki, Azərbaycan Şərqi Avropa regionundan BMT TŞ-yə müvəqqəti üzv seçilən ilk ölkədir.