AZ   |   RU
Ukrayna ordusu “Azovstal” zavodunda qalan vətəndaşları xilas etməyə çalışır

Ukrayna ordusu Mariupol şəhərinin “Azovstal” polad zavodunda çarəsiz vəziyyətdə qalan mülki şəxslərin təxliyyəsi üçün cəhd edir. 

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak məlumat yayıb.

Yermak qeyd edib ki, hazırda vətəndaşlarımızın “Azovstal”dan xilas edilməsinin növbəti mərhələsi həyata keçirilir. Nəticələr barədə daha sonra ətraflı məlumat veriləcək.

Daşqın Həsənov 
Missiya.Az 


  • 6-05-2022, 17:07