AZ   |   RU

Azərbaycan Gürcüstana səfərlərin sayına görə ilk 10 ölkə sırasına daxil olub


Bu ilin aprel ayının yekunlarına görə, Azərbaycan Gürcüstana səfərlərin sayına görə 7-ci yeri tutaraq ilk 10 ölkə sırasına daxil olub.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, istinadən xəbər verir ki, apreldə Gürcüstana beynəlxalq səfərlərin sayına görə birinci yerdə Türkiyə (35 959 səfər) qərarlaşıb. Ay ərzində Rusiyadan 33 556, Ermənistandan 32 228, Gürcüstandan (qeyri-rezidentlər) 20 936, İsraildən 15 709, Ukraynadan 13 018, Azərbaycandan 11 360, Belarusdan 7507, Qazaxıstandan 6032 və İrandan 5994 səfər qeydə alınıb.

Ümumilikdə isə yanvar-aprel aylarında Gürcüstana beynəlxalq səfərlərin sayına görə Türkiyə liderlik edir (139 761). Bu ilin dörd ayı ərzində Rusiyadan gələnlərin sayı 105 349, Ukraynadan 40 625, Belarusdan 19 891 olub.





Baxış sayı: 110
  • 5-05-2022, 09:47