AZ   |   RU
Türk sultanı, Kiyev şahzadəsi və rus çarı - Ərdoğan Zelenskidən vaz keçə bilər?
 
 
Rusiyanın Regnum İnformasiya agentliyi, Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsinə dair iddialı məqalə nəşr edib. Stanislav Tarasovun müəllifi olduğu annotasiyada bildirir ki, əvvəllər Ukrayna kazakları Türk sultanlarına təhdid dolu məktublar yazdığı halda,  bu gün  Kiyev şahzadəsi  Türk sultanı və  Rus çarına  ən yaxşı halda sülh mesajı göndərə bilər. 

Müəllifin fikrincə, Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış'a görə, Ankara Kiyevlə qondarma Donetsk və Luqansk Xalq Respublikaları arasındakı qarşıdurmaya müdaxilə etməyəcək və Rusiya ilə münasibətləri riskə atmayacaq. Təbii ki, bu şəxsi mülahizədir. Hadisələr isə öz axarıyla davam edir.

Belə ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin  Türkiyəyə növbəti səfəri gözlənilir. Bu, Zelenskinin  hakimiyyətdə olduğu müddətdə bu ölkəyə üçüncü səfəridir. Ümumiyyətlə, Türkiyə-Ukrayna əlaqələri olduqca dinamik şəkildə inkişaf edir. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin hesablamalarına görə,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci ilin oktyabrından bu yana Ukrayna prezidentləri ilə on dəfə görüşüb. 2019-cu ilin mayında isə  Zelenski ilə ilk dəfə şəxsi münasibət yaradıb. 

Donbass böhranı ətrafında vəziyyət kəskin şəkildə pisləşdiyindən  Ərdoğan ilə Zelenski arasındakı şəxsi münasibət, bəzi ukraynalı mütəxəssislər tərəfindən Kiyevin Moskvaya qarşı müəyyən bir çağırışı kimi təqdim edildi. Çoxları bunu Rusiyaya qarşı ittifaq kimi qələmə verməyə çalışsa da,  Ərdoğanın yürütdüyü siyasət gözlənilməz ola bilər. Postsovet məkanındakı nüfuzunu gücləndirən  və Rusiya ilə geosiyasi sövdələşmədə üstünlüklər qazanmaq   üçün Ukrayna kartından  fəal şəkildə istifadə etmək şansı əldə edən Türkiyə,   heç bir  Şərqi Avropa ölkəsi ilə Ukrayna kimi yaxın əlaqələr qurmamışdı. 

Buna baxmayaraq Ankara və Kiyev silah və texnologiya ticarəti mübadiləsi sahəsində yaxın tərəfdaş hesab edilmir. 

Siyasi və geopolitik problemlərə gəldikdə, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Eyni zamanda,  Ankara, Kiyevin Ukraynanın şərqindəki siyasətinin ABŞ tərəfindən fəal şəkildə dəstəkləndiyini, Yaxın Şərqdə Türkiyə üçün təhlükə olduğunu hiss edir. Beləliklə, Ərdoğan dilemma qarşısındadır. Əgər Ərdoğan Zelenskiyə açıq-aşkar dəstək nümayiş etdirərsə, onda rəsmi Vaşinqtonun Türkiyəyə yaxın şərqdə üzləşdiyi təhlükə ilə əlaqədar müəyyən güzəştlər edəcəyinə ümid etmək olar. Digər tərəfdən, Ərdoğanın Kiyevə dəstəyi Kremlin  Türkiyəyə Yaxın Şərqlə bağlı münasibətini dəyişdirə bilər və  Ankara Yaxın Şərqdə Moskvanın əks-hücumuna məruz qala bilər. Nəhayət, üçüncü ssenari -  Ərdoğan Zelenskinin Ukraynanın şərqindəki siyasətini əngəlləyib, Qarabağ müharibəsi dövründə olduğu kimi Moskvanın tərəfdaşı kimi davrana biləcəyhi ilə bağlıdır. Eyni zamanda, Türkiyə və Rusiyanın Qara dənizdə ortaq maraqları var. Belə çıxır ki, Türkiyə-Ukrayna münasibətləri Türkiyə-Rusiya münasibətlərinin kölgəsində qalır, Ankara həssas bir tarazlığı qorumaqla Türkiyə-Rusiya-Ukrayna üçbucağında manevrli siyasət yürütməlidir. 

Türkiyənin xarici siyasətində hər bir ölkənin xüsusi yeri və əhəmiyyəti var. Təsadüfi deyil ki, əvvəllər  Ukrayna liderləri ilə dialoqdan sonra Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla məsləhətləşmələr edirdi. Bəlkə bu dəfə də belə olacaq? Onu da nəzərə almaq lazımdır ki, Türkiyə hərbi məhsullarına Ukrayna bazarında yer etməyə çalışır. 

Çex nəşri “Časopis” yazır ki, "Zelenski Poroşenkonun izi ilə gedir – yəni istənilən halda halqa Ankarada daralır". Qəzetin yazdığına görə, “Şərqi Ukraynadakı münaqişə bitməyib. Reallıqda 2014-2015-ci il Minsk razılaşmaları icra edilmir. Yetərincə iqtisadi inkşafı olmayan Ukrayna hələ də Qərbin sponsorlarından asılıdır. “Časopis” –un fikrincə böyük korrupsiya aradan qaldırılmalı, oliqarxlar Ukrayna siyasətindən ayrılmadır".

Bununla belə, ukraynalı politoqların qeyd etdiyi kimi, Ukrayna təkcə ABŞ və AB-nin deyil, eyni zamanda Türkiyənin dəstəyinə güvənir. Onların fikrincə, fakt budur ki, Zelenski Donbassda iddia edilən müharibə başlamazdan əvvəl mütləq Türkiyəyə səfər edəcək. Hər şey Ərdoğanın qərarından asılıdır. Əgər mizan tərəzisi Ukraynanın lehinə deyilsə, onda rəsmi Kiyev ənənəvi olaraq şərq yolu ilə Moskvaya tərəf qaçacaq. 


Missiya.Az

  • 7-04-2021, 18:32