AZ   |   RU
Üçüncü dəfə COVİD-19-a yoluxmaq hansı fəsadlar törədə bilər ?


Covid 19-a iki dəfə yoluxan şəxslər üçüncü dəfə də təkrar yoluxa bilərlər. Yoluxan xəstələrin 6 ay sonra sinir ağrıları və psixoloji pozuntulardan əziyyət çəkməsi ehtimalı yüksəkdir.

Missiya.Az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı “Lancet Psychiatry” jurnalı ingilis və amerikalı alimlərin tədqiqatları əsasında nəşr edib.

“236 min xəstə üzərində aparılan araşdırmalar nəticəsində bir insana ilk dəfə koronavirus diaqnozu qoyulduqdan 6 ay sonra onda  14 fərqli sinir və psixi pozuntunun olması aşkarlanıb. Tədqiqat zamanı COVID-19 xəstələrinin beyin xəstəliklərinə tutulma ehtimalının qrip və ya digər tənəffüs yolları xəstəliklərindən daha çox olduğu da aşkar edilib.17 faiz xəstələrdə həyəcanlanma, 14 faiz xəstədə isə affekt halının yaranması müşahidə olunub. Digər diaqnozlara az rast gəlinib. Belə ki, 2 faiz xəstədə   işemik insult, 6,5 faiz xəstədə psixototrop həblərin təsirindən, 5 faiz xəstədə isə yuxusuzluq qeydə alınıb. Əldə etdiyimiz məlumatlar insanlara  kömək etmək üçün  əhəmiyyətli dəlillərə əsaslanır. Bu məlumatlar  eyni zamanda güclü psixi problemləri  və ensefalopatiya (iltihablı olmayan beyin xəstəliyi. - Red.) olan xəstələrin COVID-19 dövründə inkişaf etmiş nevroloji pozğunluqlarına diqqəti artırmağın zəruriliyini göstərir.” – deyə yazıda bildirilir.

  • 7-04-2021, 17:33