Moldova hakimiyyəti regiondakı vəziyyəti işıqlandırmaq üçün Pridnestrovyeyə yollanan RİA Novosti-nin müxbiri Artur Şayxutdinovu ölkəyə buraxmayıb.
Missiya.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin jurnalisti açıqlamasında bildirib ki, şənbə günü axşam Kişinyov hava limanında pasport nəzarəti keçidində Moldova sərhədçiləri onun baqajına baxış keçiriblər. Səbəb Moldova Xarici İşlər Nazirliyinin akkreditasiyasının olmaması olub.
"Pasportumu vermədilər, məni tranzit zonada gözləməyə göndərdilər. Sərhədçi dedi ki, pasport Kişinyovdan yola düşən kimi təyyarənin komandirinə veriləcək", - Şayxutdinov bildirib.
Missiya.Az