AZ   |   RU
Şoyqu və Arutyunyan Sünikin təhlükəsizliyini müzakirə ediblər

Aprelin 7-də Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı baş tutub. 

Missiya.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Vaqarşak Arutyunyan və  Sergey Şoyqu arasında söhbət zamanı 102-ci hərbi bazanın fəaliyyəti, Ermənistan-Rusiya ortaq hərbi qrupunun fəaliyyəti müzakirə olunub. 

Telefon danışığı zamanı, Ermənistan ordusunda başlayan genişmiqyaslı islahatlar, sülhməramlıların Qarabağdakı fəaliyyəti, habelə Sünikin təhlükəsizliyi məsələsi müzakirə olunub.  

Qeyd edək ki, nazirlərin bundan əvvəlki telefon danışıqları ilə bağlı qalmaqallı xəbərlər yayılmışdı. Xəbərdə bildirilirdi ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutunyanla telefon danışığında onu danlayıb və Ermənistan ordusunu dağılmağa qoymayacağını deyib. İddia edilirdi ki, regiondakı maraqlarını təmin etmək məqsədilə Rusiyanın Ermənistan ordusunu yenidən qurmaq niyyətindən yazır.

Elvin
Missiya.Az

  • 7-04-2021, 14:28