AZ   |   RU
DİN Xırdalanda itkin düşən qadınla bağlı açıqlama verdi

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Missiya.Az DİN-in Mətbuat xidmətindən Report'un sorğusuna cavab olaraq bildirilib ki, C.Əliyevanın itkin düşməsi ilə bağlı müraciət qeydə alınıb, axtarışlar aparılır.

Qeyd edək ki, C.Əliyevanın bacısı "Report"a deyib ki, hadisə 6 gün əvvəl qeydə alınıb.


  • 6-04-2021, 17:38