AZ   |   RU
Mahir Emreli rəmzi komandada


Xorvatiya çempionatında 31-ci turun rəmzi komandası açıqlanıb.

Missiya.Az Sofescore" statistika portalının məlumatına istinadən xəbər verir ki, ən yaxşı "11-lik"də Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli də yer alıb.

"İstra" ilə matçda (3:0)  komandasının 3-cü qolunun müəllifi olan 25 yaşlı hücumçunun çıxışı 7.7 balla qiymətləndirilib.

"Sofescore"nin versiyasına əsasən 31-ci turun rəmzi komandası

Qapıçı:
Lovreç Regiç ("Şibenik", 8.6 bal)

Müdafiəçilər: Jozip Elez ("Hayduk", 7.5 bal), Yosip Şutalo ("Dinamo" Zaqreb, 7.4 bal), Mattye Steenvoorden ("Qoritsa", 8.2 bal) 
Yarımmüdafiəçilər: Luka Stoykoviç ("Lokomotiv Zaqreb", 8.6 bal), Mariç ("Lokomotiv Zaqreb", 7.5 bal), Mixael Japer, Qrqiç ("Osiek", 7.5 bal)
Hücumçular: Mislav Orşiç ("Dinamo", 9.5 bal), Deliç ("Şibenik", 8.1 bal), Mahir Emreli ("Dinamo", 7.7 bal)


  • 17-04-2022, 16:04