AZ   |   RU
Yasamal rayonu İcra Hakimiyyəti iftar süfrəsi açıb - Fotolar


Ramazan ayı ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlər üçün iftar sürfəsi açılıb.

Missiya.Az
İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İftar mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhid ailələrinin üzvləri, qazilər, millət vəkilləri, rəhbər şəxslər, ali təhsil ocaqlarının rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Qurandan surələr oxunub..İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edilib, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub. İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




  • 16-04-2022, 16:18