AZ   |   RU
Azərbaycanın Əməkdar rəssamı həbsdən azad edilib
Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.

Missiya.Az
xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib. "Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - o qeyd edib.

Xatırladaq ki, bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin edilib və R.Ələkbərov azadlığa buraxılıb.

  • 30-03-2022, 22:46