Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts İstanbulda keçirilən danışıqların son raundu ilə bağlı fikir mübadiləsi aparıblar.
Missiya.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Vladimir Putin və Olaf Şolts bir gün əvvəl İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların son raundu ilə bağlı fikir mübadiləsi aparıblar. Mülki əhalinin toqquşma bölgələrindən, ilk növbədə Mariupoldan təhlükəsiz təxliyəsinin təmin edilməsi məsələlərinə baxılıb".