Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Missiya.Az xəbər verir ki,
bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, "Opel” markalı, 99-FY-754 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vasif Mirişov Şamaxı şəhəri ərazisində işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı V.Mirişovun narkotik maddə qəbul etməsi müəyyən edilib.
DYP tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanan materiallar baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V.Mirişovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.