AZ   |   RU
YAP Qubada soyqırımla bağlı konfrans keçirir

Qubada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda elmi-praktiki konfrans öz işinə başlayıb.

Missiya.Az xəbər verir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Daha sonra iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Məlumat üçün qeyd edək ki, Konfransda Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Baş prokurorunun 1-ci müavini Elçin Məmmədov, Xarici İşlər nazirinin birinci müavini Elnur Məmmədov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Milli Məclisin deputatı Anar İsgəndərov çıxışlar edəcək. Konfransda müxtəlif dövlət qurumlarının nümayəndələri, millət vəkilləri iştirak edirlər.


  • 30-03-2022, 11:50