AZ   |   RU
Çerniqovda 2 azərbaycanlı həlak olub

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.

Missiya.Az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.

Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.


"Report"


  • 30-03-2022, 11:46