AZ   |   RU
Yasamalda 31 Mart Soyqırımı qurbanları yad edilir - FOTOLAR

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə anım tədbiri keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili Səbinə Xasayeva, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 31 Mart Soyqırımı haqqında ətraflı məlumat verilib və qeyd olunub ki, soyqırımı qurbanları Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilir.

Tədbirdə tarixçi-alim Azad Rzayev geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, “dənizdən dənizə” dövlət qurmaq istəyən erməni millətçilərinə qarşı ən ciddi müqaviməti azərbaycanlılar göstərib. Xarici havadarlarına bel bağlayan ermənilər dinc əhaliyə qarşı görünməmiş cinayətlər törədiblər.

Tədbirdə xalqımızın 31 Mart Soyqırımını heç zaman unutmamalı olduğu vurğulanıb. Bildirilib ki, gənclərimiz tariximizi dərindən öyrənməlidirlər. Bu, gələcəkdə yeni faciələrin baş verməməsi üçün son dərəcə vacibdir.


  • 30-03-2022, 11:14