AZ   |   RU
“Britaniya Ukraynanın təhlükəsizlik qarantı olmağa hazırdır”

“Kiyev istəyərsə, Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində rol oynamağa hazırdır”.

Bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord “London Ukraynanın təhlükəsizlik qarantı olaraq çıxış edə bilərmi?” sualına cavab verərkən deyib.

“Bizim etmək istədiyimiz şey bu müharibəyə son qoymaq üçün mümkün olan hər bir vasitə ilə kömək etmək, Rusiya qoşunlarının ölkədən çıxarılmasını təmin etməkdir. Ukrayna hökuməti bizdən bunu istəyərsə, bu prosesdə rol oynamaqdan məmnun olarıq”, - deyə Vudvord söyləyib.

Xatırladaq ki, Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri, ukraynalı millət vəkili David Araxamia Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı şərtlərini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Böyük Britaniya, Çin, ABŞ, Fransa, Türkiyə, Almaniya, Polşa və İsraili qarant ölkələr olaraq görmək istəyir və digər dövlətlər də arzu edərsə, sazişə qoşula bilərlər.

Qafqazinfo 

  • 30-03-2022, 11:00