AZ   |   RU
Rusiya Türkiyəyə təşəkkür etdi
Rusiya Ukrayna ilə danışıqların təşkilinə görə Türkiyəyə təşəkkürünü bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə vasitəçilik missiyasına görə Türkiyəyə təşəkkür edib.

O bildirib ki, Moskva Kiyev ilə danışıqlarda vasitəçiliyinə və vəziyyətin nizama salınmasında səylərinə görə Ankaraya minnətdardır.

"Qafqazinfo"

  • 29-03-2022, 20:47