"Qarabağda vandalizmə məruz qalan teatrlarımız tezliklə yenidən fəaliyyətə başlayacaq" - Emin Hüseynov
"27 mart Dünya Teatr Günüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə açıb".
Missiya.Az xəbər verir ki, bunları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
"Qarabağda erməni vandalizminə məruz qalan teatrlarımız tezliklə yenidən fəaliyyətə başlayacaq", - Emin Hüseynov qeyd edib.