AZ   |   RU
NATO Baş katibinin səlahiyyət müddəti 1 il uzadılıb

NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

Qərar NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında qəbul olunub.

“NATO dövlət və hökumət başçılarının Baş katiblik müddətimizi 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına görə şərəf duyuram. Biz ciddi böhranla üzləşmişik. Ona görə də Alyansımızı güclü saxlamalı və xalqımızın təhlükəsizliyini qorumaq naminə birləşmişik”, - Y.Stoltenberq bildirib.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Y.Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Onun mandatı 2017-2019-cu illərdə 2 dəfə uzadılıb. Norveçli diplomatın NATO Baş katibi kimi səlahiyyət müddəti 2022-ci ilin sentyabrın 30-da başa çatır.

  • 24-03-2022, 17:48