AZ   |   RU
Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir
Avropa İttifaqı (ölkələri Ukraynada davam edən böhranla əlaqədar Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon Brüsseldə keçirilən iclasından sonra bildirib:

“Son günlər biz Ukraynada hərbi əməliyyatların artdığını müşahidə etdik və tamamilə mümkündür ki, yeni sanksiyalar sürətlə hazırlansın. Hazırda bununla bağlı müzakirələr gedir. Biz deeskalasiya əlamətləri görmürük, ona görə də Aİ Rusiyaya təzyiq göstərməyə davam edəcək”.

“Qafqazinfo”
TASS

  • 22-03-2022, 22:48