AZ   |   RU
Azərbaycanlı siyasi şərhçi Pakistanda Ermənistanın terrorçuluq siyasətindən bəhs edəcək
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tual İsmayılov Pakistanda İslam dünyasından gənclərin və siyasətçilərin qatılacağı konfransa dəvət alıb.

Bu barədə Metbuat.az-a açıqlama verən Tural İsmayılov bildirib ki, o, tədbir çərçivəsində Ermənistanın islamafobik mahiyyəti barədə tədbir iştirakçılarını məlumatlandıracaq:

“İslam Gənclik Təşkilatının rəhbəri Hammad Kakar daim Azərbaycanın haqq mövqeyini müdafiə edib. 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə daim Azərbaycanla bağlı işlər görüb. Dost və ardaş Pakistan dövlətində belə bir tədbirə dəvət almaq qürurvericidir. Dünyada artan islamafobik təhdidlərin müzakirə olunduğu bir platformada biz də öz düşüncələrimizi bölüşəcəyik. Ermənistanın bütün müsəlman coğrafiyası üçün təhdid olduğu barədə çıxışım olacaq”.

Politoloq qeyd edib ki, 44 günlük Vətən Müharibəsindəki qələbəmiz bütün İslam coğrafiyasında qələbə ruhunu daha da gücləndirib.



  • 22-03-2022, 16:52