AZ   |   RU
İtaliyada deputatlar Zelenskidən sonra Putinin də parlamentdə çıxışını istəyir

İtaliyada bir qrup deputatı bərabərlik prinsipinin qorunması üçün Ukrayna Prezidenti Volodimir Zelenksinin ardınca Rusiya Prezidenti Vladimir Putinin parlamentdə çıxış etməsini təklif edib.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, məlumatı “La Repubblica” yayıb.

Bildirilib ki, hakim koalisiyaya daxil olan 5 Ulduz Hərəkatı və Liqa partiyalarından bir qrup deputat bu təşəbbüslə çıxış edib.

Qeyd edək ki, martın 22-də Volodimri Zelenskinin İtalıya parlamentində video-körpü formatında çıxşı nəzərdə tutulub. Məlumata görə, ölkə parlamentində əvvəllər biri Roma papası İoahann II Pavel olmaqla xarici ölkənin iki vətəndaşı çıxış edib.

Xatırladaq ki, “5 ulduz”lu deputatlardan 5-i Ukraynaya yardım çərçivəsində silah göndərilməsinə dari qətnamənin əleyhinə səs verib. Əleyhinə səs verənlərdən biri Qabriel Lorendzoni Rusiya Prezidentinin parlamentdə çıxışı təşəbbüskarlarındandır. “Liqa”dan olan deputatların 40 faizi qətnamənin qəbul edilməsi ilə bağlı səsverməyə qatılmadıqlarından layihə qəbul olunmayıb.

Report

  • 19-03-2022, 16:11