AZ   |   RU
“Hər şeyi yenidən quracaq və Aİ-nin tamhüquqlu üzvü olacağıq” - Zelenski
“Ukrayna hər şeyi yenidən quracaq və Avropa İttifaqının tamhüquqlu üzvü olacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. 

Onun sözlərinə görə, Rusiya Federasiyasının başına nə gəlirsə gəlsin, o, ukraynalılara təsəlli verməyəcək, ölüləri diriltməyəcək, şəhərləri bərpa etməyəcək və ukraynalıların qəlbində əbədi olaraq yaşayacaq mənəvi yaranı sağaltmayacaq.

"Biz hər şeyi yenidən quracağıq - buna heç bir şübhəm yoxdur. Biz Aİ-nin tamhüquqlu üzvü olacağıq - dövlətimizin hər bir nümayəndəsi bunun üçün 24/7 çalışır. Amma həyat onsuz da çoxları üçün fərqli olacaq”, - deyə Zelenski qeyd edib.

  • 18-03-2022, 19:27