“Kollektiv təhlükəsizlik mövzusunda Ukraynanın təklifi olub. Dünən Moskvada buna bir etirazın olmamasını gördüm. Təbii ki, burada önəmli olan sadəcə tərəflərin deyil, həm də xalq üçün məqbul olan təkliflərin qəbul edilməsidir”.
Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.
“Bir mövzuda anlaşma üçün zəmin yaransa, görüş ehtimalı var. Ukrayna Prezidenti Volodimir Zelenski də bunu tez-tez dilə gətirir”, - nazir bildirib.