AZ   |   RU
Haaqa Məhkəməsi Rusiyadan Ukraynadakı hərbi əməliyyatları dayandırmağı tələb edib
BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib.

Missiya.Az
“Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin bu gün elan etdiyi qərarda deyilir.

Məhkəmə qərara alıb ki, Rusiya Ukraynadakı bütün hərbi əməliyyatlarını dayandırmalı, həmçinin silahlı birləşmələrin əməliyyatları davam etdirmək cəhdləri etməməsinə təminat verməlidir.

Məhkəmə həmçinin hər iki ölkəni vəziyyəti daha da gərginləşdirə biləcək hər cür hərəkətdən çəkinməyə çağırıb.

  • 16-03-2022, 20:35