AZ   |   RU
Kiyev Moskvanın bu şərtini qəbul edə bilər – Kremldən açıqlama

“Kiyev danışıqlarda Ukraynada öz ordusu ilə silahsızlaşdırılmış dövlətin  - Avstriya və ya İsveç variantını yaratmağı təklif edir”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Rusiya nümayəndə heyətinin rəhbəri, Vladimir Putinin köməkçisi Vladimir Medinski Rusiya-Ukrayna gərginliyindən danışarkən deyib.

O bildirib ki, Ukraynanın neytral statusunun qorunub saxlanılması, inkişafı, silahsızlaşdırılması və ordunun sayı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

“Kiyev indi də neytral statusa malikdir. Ukrayna 1991-ci ildə bitərəflik şərti ilə Sovet İttifaqından çıxdı və bu neytrallıq Ukraynanın Suverenlik Bəyannaməsində yazılıb”.

Onun sözlərinə görə, Krım və Donbasın statusu, rusdilli əhalinin hüquqları və denazifikasiya ilə bağlı suallar Rusiya üçün əsas olaraq qalır.

Sevinc Hüseynova
Missiya.Az 


  • 16-03-2022, 17:43