AZ   |   RU
Aİ Abramoviç və başqa rus milyonçulara sanskiya tətbiq etdi
Avropa İttifaqı Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyanın 15 fiziki və doqquz hüquqi şəxsini sanksiyalar siyahısına əlavə edib.

Bu barədə çərşənbə axşamı genişləndirilmiş sanksiyalar siyahılarını dərc edən Aİ-nin rəsmi jurnalında qeyd olunub.

Məhdudiyyətlərə məruz qalan şəxslər arasında “Evraz” şirkətinin ən böyük səhmdarı Roman Abramoviç, “Alfa Group”un keçmiş səhmdarları German Xan və Aleksey Kuzmiçev, “Magnitogorsk” Dəmir-Polad Zavodunun əsas səhmdarı Viktor Raşnikov, “Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyev, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin, “Rus Grids” şirkətinin baş direktoru Andrey Ryumin, “EuroChem” şirkətinin icraçı direktoru Vladimir Raşevski, “Yandex”in Rusiyadakı idarəedici direktoru və baş direktoru Tiqran Xudaverdiyan, senator Süleyman Kərimov, “Stanklot” şirkətinin sahibi Marina Seçina, "Birinci Kanal" televiziya şirkətinin baş prodüseri və baş direktoru Konstanin Ernst, politoloq və teleaparıcı Dmitri Kulikov, teleaparıcı Artem Şeinin, jurnalist Armen Qasparyan var.




  • 15-03-2022, 22:58