Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına girdiyinə görə 30 min rubl cərimələyib.Bu barədə TASS-a məhkəmənin mətbuat katibi Kristina Yavkina məlumat verib.
Ovsyannikov Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinərək 30 min rubl cərimələnib.
Qeyd edək ki, kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.