AZ   |   RU
Nizami RİH və Missiya Media Qrupu birgə xeyriyyə aksiyası keçirdi - FOTOLAR

Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupun  birgə təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar rayon ərazisində xeyriyyə aksiyası keçirilib.
 
Missiya.Az xəbər verir ki, aksiya çərçivəsində rayonun aztəminatlı ailələrinə bayram sovqatı paylanılıb.
 
Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov bildirib ki, bu kimi xeyriyyə tədbirləri rayon ərazisində mütəmadi olaraq keçirilir və aztəminatlı ailələr daim  diqqət mərkəzində saxlanılır.

 
Əli Axundov qeyd edib ki, İcra Hakimiyyəti digər kateqoriyalardan olan insanlara  - şəhid ailələrinə və qazilərə də xüsusi qayğı göstərir.
 
O həmçinin Missiya Media Qrupunun İcra hakimiyyətinin bu kimi tədbirlərinə sistemli şəkildə dəstəyini xüsusi vurğulayıb.
 

Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar çıxışı zamanı əvvəlcə tədbir iştirakçılarına Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədovun salamlarını çatdırıb. Nicat Dağlar bildirib ki, Missiya Media Qrupunun bu kimi tədbirləri davamlı xarakter daşıyır. Media Qrup nümayəndəsi dövlətin aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasını hədəfləyən proqramlarından söz açıb. Qeyd edib ki, Missiya Media Qrupun da həyata keçirdiyi bu kimi layihələr prezident İlham Əliyevin çağırışlarına əsaslanır.

Aksiya iştirakçılarını Türk Ağsaqqalları Birliyinin adından salamlayan Təşkilat Komitəsinin üzvü Eyvaz Hünbətov bildirib ki, bu kimi aksiyalar xalqımızın milli mənəvi dəyərlərindən irəli gəlir. 

 
 

  • 15-03-2022, 15:55