AZ   |   RU
“Bayraktar”ın Rusiya ordusuna vurduğu ziyan açıqlandı
Türkiyənin “BayraktarTB2” pilotsuz uçuş aparatları Ukraynada Rusiyanın təqribən 600 milyon dollar dəyərində olan qabaqcıl silah sistemlərini məhv edib.

Bu barədə “Clash Report” məlumat yayıb.

Bildirilir ki, müharibənin ilk günlərindən “Bayraktar TB2” PUA-ları Rusiyanın hava və raketdən müdafiə sistemlərini, komanda məntəqələrini, elektron döyüş mərkəzlərini, logistika karvanlarını məhv edib.

Ukraynada Rusiya hərbi texnikası və əsgərlərinin itkiləri:

Döyüş təyyarələri: 77
Helikopterlər: 90
Tanklar: 389
MLRS: 64
İHA: 8
Nəqliyyat vasitələri: 617
Əsgərlər: +12.000
Gəmilər/qayıqlar: 3
yanacaq çənləri: 60
Artilleriya Sistemləri: 150
Hava hücumundan müdafiə sistemi: 34
Zirehli Maşınlar: 1249

  • 14-03-2022, 22:14