AZ   |   RU
Hikmət Hacıyev qanunsuz erməni silahlıları tərəfindən atəşkəsin pozulmasına münasibət bildirib

"Qarabağda Ermənistanın qeyri-qanuni hərbi birləşmələri qalmaqdadır. Onlar tərəfindən də bəzən atəşkəsin pozulması halları müşahidə olunur".

Missiya.Az xəbər verir ki, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən onların hər biri müşahidə edilir: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən də lazımi tədbirlər görülür. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə monitorinqlərimizi təqdim edirik ki, onların hər biri araşdırılsın və səbəbləri müəyyən edilsin".

Prezidentin köməkçisi bildirib ki, belə halların olması təəssüfedicidir: "Vəziyyət tam nəzarətimiz altındadır".


  • 11-03-2022, 21:45