AZ   |   RU
Prezidentin köməkçisi: "Azərbaycanla Türkiyə Zəngəzur dəhlizinin inkişafı istiqamətində birgə səylər göstərirlər"

"Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında dövlətimizin başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfəri oldu. Səfər çərçivəsində dövlət başçıları Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik zəmnində inkişaf edən əlaqələrimizin müxtəlif aspektlərini nəzərdən keçirdilər".

Missiya.Az
xəbər verir ki, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Real tv"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu xüsusda Azərbaycanla Türkiyə arasında enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılıb:

"Nəqliyyat sahəsi konteksində burada Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd etmək lazımdır. Çünki Azərbaycan və Türkiyə bu dəhlizin inkişafı istiqamətində birgə səylər göstərirlər. Burada İğdır-Naxçıvan yolunun çəkilməsi məsələsi də var. Görüşdə həmçinin İğdır-Naxçıvan istiqamətində qaz kəmərinin çəkilməsi məsələsi də gündəmə gətirildi. Azərbaycanın dövlət büdcəsində bununla əlaqədar müxtəlif vəsaitlər və investisiya imkanları da ayrılıb. Dövlət başçıları tərəfindən Türkiyə Azərbaycan əməkdaşlığının tərkib hissələrindən biri olan hərbi, hərbi-texniki, hərbi təlim və tədris sahəsindəki əməkdaşlıq məsələləri də müzakirə olunub. Qeyd edilib ki, bu sahədə də ölkələrimiz arasında çox sıx əməkdaşlıq vardır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq da Azərbaycan Ordusunda müxtəlif modernləşdirmə işləri aparılır və bunlar da qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə baş verir".

  • 11-03-2022, 17:52