Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə telefonla danışıb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.
Söhbət zamanı Rusiyanın Ukraynaya hücumu da daxil olmaqla regional hadisələr, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.
Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin tərəflər arasında vasitəçi olmasının vacibliyini vurğulayıb.
Türkiyə lideri Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü diplomatiyanın qələbəsi adlandırıb.