AZ   |   RU
Putin Şoltsla Ukraynadakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna və Donbassda vəziyyətin humanitar aspektlərinə xüsusi diqqət yetirilib”, - deyə məlumatda bildirilir. 

Onlar həmçinin siyasi və diplomatik səylərin variantlarını, o cümlədən Kiyevlə danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.

"Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir.

  • 9-03-2022, 20:36