AZ   |   RU
Türkiyənin hərbi rəhbərliyi Ukraynadakı vəziyyəti müzakirə edib

Bu gün Türkiyənin hərbi rəhbərliyi Ukraynadakı durumu müzakirə edib.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İclasa Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəhbərlik edib. Toplantıda ölkənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və digər yüksək rütbəli şəxslər iştirak ediblər.

Onlayn keçirilən müşavirədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə fikir mübadiləsi aparılıb.

  • 28-02-2022, 17:59