AZ   |   RU
Göyçayda qaçırılan qızla bağlı DİN-dən açıqlama
Göyçayda yaşayan 20 yaşlı Şahnaz Ömərovanın qonşuluqda yaşayan Feyruz Əliyev, onun atası Mahmud Əliyev və anası Yeganə Əliyeva tərəfindən zorla qaçırıldığı bildirilir. Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

  • 27-02-2022, 22:06