Azərbaycanın qan yaddaşına həmişəlik həkk olunmuş 26 fevral 1992- ci il Xocalı faciəsi hər il olduğu kimi bu il də dünyanın hər tərəfində anıldı. Belə anım tədbirlərindən biri bu gün Niderland Krallığında Azərbaycan Türk Kültür dərnəyinin təşəbbüsü ilə keçirildi.Haaqa şəhərində keçirilən bu anım mərasimində Azərbaycanın Respublikasının Niderland Krallığındakı səlahiyyətli səfiri Fikrət Axundov cənabları, Türkiyə Cümhuriyyətinin Niderland Krallığındakı səfirinin müstəşarı Pınar Gülün Kayseri, Niderlandın D66 partiyasının Haaqa şəhəri üzrə bələdiyyə başçısının müavini Saskiya Bruines, CDA pariyasından Niderland Xarici İşlər Nazirliyinin əməkdaşı Heidy van der Ploeg, Belçika Azərbaycan Kültür evinin sədri Ayhan Dəmirçi, Azərbaycandan destek amacli gəlmiş qonaqlar Azərbaycan Sivil Toplum Kuruluş sədri Rauf Zeyni, Azərbaycanlıların Diger Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, həmçinin İlqar İlkin və Vasif Həsənli, Niderlandda yaşayan diger türkdilli xalqların dərnək sədrləri, Niderlandın Xristian Demokrat və Denk partiyalarının yetkili üzvləri, habelə Avropada yaşayan Azərbaycan - Türk diasporasının nümayəndələri iştirak etdilər.Xocalı faciəsində həlak olan insanların xatirəsi saat 14:00- da dünyanın hər tərəfində bir dəqiqəlik sükutla anıldı. Sonra şəhidlərin ruhuna Haaqa şəhəri məscidinin imamı Şeyx Məhmət Olqun tərəfindən Quran oxundu. Xocalı qurbanlarına Haaqa şəhərində ucaldılmış abidə önünə çiçək və çələng qoyulduqdan sonra toplantı zalında anım davam etdirildi.
Hollandiya Azərbaycan Türk Kültür dərnəyi başqanı İlhan Aşqın təşkilatçı kimi gələn qonaqlara təşəkkür etdi və öz çıxışında bildirdi ki,o zaman dünya ictimaiyyəti Xocalı faciəsində biganə qalmasaydı, din, etnik ayrı- seçkilik etməsəydi bəlkə də bun gün Ukrayna faciələri baş verməzdi. Daha sonra gələn qonaqlara öz fikirlərini söyləmək üçün söz verildi.Azərbaycanın Niderland krallığındakı səfiri Fikrət Axundov və digərləri qica olaraq Xocalı faciəsi haqqda fikirlərini söylədilər, gələcəkdə belə qətliamların təkrarlanmaması üçün bütün dünya xalqlarının birgə mübarizə aparmasının vacibliyini qeyd etdilər.
Tədbirin sonunda Xocalı qurbanlarının ruhuna ehsan verildi və gələn qonaqlara bir daha təşəkkür olundu.