Rusiyanın Leninqrad vilayətində “Qazprom”un Korporativ Təhlükəsizlik üzrə Vahid Hesablaşma Mərkəzinin baş direktor müavini Aleksandr Tyulyakovun meyiti tapılıb.61 yaşlı Tyulyakov intihar edib. O, özünü qarajda asaraq öldürüb. Hadisə fevralın 25-də baş verib. İntiharın səbəbi məlum deyil. “Qazprom” məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Aleksandr Tyulyakov 2014-cü ilin mart ayından Rusiyanın 9 bölgəsinə yanacağın ixracı və daşınması ilə məşğul olan “Qazprom”un 100% törəmə şirkəti olan “Qazprom Transgaz Sankt-Peterburq”da korporativ təhlükəsizlik və insan resursları üzrə baş direktor müavini vəzifəsində çalışıb.
“Qafqazinfo”