Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarının yekunlarına əsasən Qarabağda nizamlanma planı üzrə bütün razılaşmaların tam şəkildə yerinə yetirilməsinin vacibliyini bəyan edib.Onun sözlərinə görə, danışıqlar zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.
“Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağ üzrə ən yüksək səviyyədə əldə edilmiş bütün üçtərəfli razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyi təsdiqləndi”, -, deyə Putin bildirib.
“Qafqazinfo”