“Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Səfəriniz iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində baş verir”.
Missiya.Az xəbər verir ki, bunu Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ölkə Prezidenti Vladimir Putin deyib.
“Biz bu gün müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalayacağıq. Bu bəyannamənin imzalanması Rusiya-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələdir”, - deyə Putin əlavə edib.
Xatırladaq ki, Kremlin yaydığı məlumata görə, danışıqların yekununda İlham Əliyevlə Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalayacaqlar.