AZ   |   RU
Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Təhlükəsizlik Şurasının iclasında səsləndirilən bəyanatlarla əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDC) təcili iclasının çağırıldığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, o, bu barədə Tvitterdə paylaşım edib.

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatlarla əlaqədar mən Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla təcili məsləhətləşmələr apardım və Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırdım”, - deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Kremldə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasını keçirib. Rusiya liderinin yaxın vaxtlarda xalqa müraciəti gözlənilir.

  • 21-02-2022, 22:15