“Ukraynaya Donbass əraziləri lazım deyil”.Missiya.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kremldə Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ətrafında yaranmış vəziyyətdən danışırıqsa, hər halda, mənim fikrimcə, həmkarlarımın çıxışları ilə də təsdiqləndiyi kimi, tamamilə aydındır ki, bu ərazilər prinsipcə Ukraynaya lazım deyil. İstənilən halda, bu, Ukraynanın statusu üçün ticarətdə sövdələşmədir.
Bu ərazilərin sakinləri uzun illərdir ki, Ukrayna hakimiyyətindən heç bir dəstək və yardım görmürlər. Əksinə, onlar kütləvi repressiyaya məruz qalırlar ki, bu da mərmi atmaqdan, elementar imtiyazlardan məhrum etməkdən, elementar insan hüquqlarının pozulmasından ibarətdir”, - deyə Medvedev qeyd edib.
Onun sözlərinə görə, rusların böyük əksəriyyəti qondarma DXR və LXR-in tanınmasını dəstəkləyəcək:
“Mənə elə gəlir ki, cəmiyyətimizin, ölkə vətəndaşlarının müvafiq əhval-ruhiyyəni ifadə etməsi çox vacibdir. Bildiyimə görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti belə bir addımı (DXR və LXR-in tanınması- red.) dəstəkləyəcək”.