NATO Rusiyanı Ukrayna ətrafındakı böhranın həlli istiqamətində mühüm addım atmağa və qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırır.
Missiya.Az xəbər verir ki, bu fikri Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında bildirib:
“Biz Rusiyanı öz qüvvələrini Ukrayna sərhədlərindən çıxarmağa çağırırıq. Bu, böhranın sülh yolu ilə həlli istiqamətində mühüm ilk addım olmalıdır”.
NATO-nun baş katibi həmçinin qeyd edib ki, alyans “substantiv dialoq vasitəsilə Moskva ilə əməkdaşlığa hazır olmağa davam edir”.
“Rusiyanı risklərin azaldılması, adi və nüvə silahlarına nəzarəti müzakirə etmək üçün bir sıra görüşlər keçirməyə çağırışımı təkrar etmək istəyirəm”, - deyən Stoltenberq həmçinin Rusiyanı Ukrayna böhranı ilə bağlı “diplomatiya yolunu seçməyə” çağırıb.