AZ   |   RU
Azərbaycanlı idmançı Həbib Nurməhəmmədovun tələbəsinə qalib gəlib, məğlubedilməzliyini qorudu
Azərbaycanlı MMA idmançısı Ramin Sultanov məğlubedilməzliyini qoruyub.
Missiya.Az Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədova məxsus olan “Eagle FC” MMA təşkilatının növbəti turniri – EFC-45 döyüş yarışı keçirilib.
Burada “TT Fight” və “Qəbələ” klubunun yetirməsi olan Ramin Sultanov Həbib Nurməhəmmədova məxsus döyüş məktəbinin idmançısı Dinislam Kamavovla qarşılaşıb. Sultanov dağıstanlı rəqibinə birinci raundda ağrıdıcı fəndlə qalib gəlib.
Turnirin rəsmi səhifəsi yüngül çəkidə çempionluğa yeni namizədin peyda olduğunu qeyd edib.

  • 19-02-2022, 16:46